“Paşinyan hakimiyyəti nədənsə sülh danışıqlarına səthi yanaşır” – Erməni politoloqbackend

“Paşinyan hakimiyyəti nədənsə sülh danışıqlarına səthi yanaşır” - Erməni politoloq

“İndi Ermənistandan həmişəkindən daha çox fəal xarici siyasət yürütmək tələb olunur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Abovyan Time”ın efirində politoloq Qriqor Balasanyan səsləndirib.

Ekspertin sözlərinə görə, indi Ermənistanın şansı var və bu, reallaşsa, erməni dövlətçiliyi xilas olacaq.

Onun fikrincə, Ermənistan Azərbaycanla danışıqlar üçün alternativ variant təklif edə bilər. Eyni zamanda, İrəvan və Bakı razılaşmalıdır ki, gələcək sülh müqaviləsində Konstitusiyanın dəyişdirilməsi, azərbaycanlıların Ermənistana “köçürülməsi” və “Zəngəzur dəhlizi” ilə bağlı bəndlər qeyd olunmsın.

Balasanyanın fikrincə, Ermənistanın minimum istəyi Azərbaycanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbinə əks-tələb irəli sürməkdir.

“Azərbaycan Konstitusiyasında açıq şəkildə qeyd olunur ki, 1921-1991-ci illərdə sovet işğalı olub, buna görə də Azərbaycan özünü 1918-ci ildə qurulmuş Azərbaycan Respublikasının hüquqi varisi elan edib”, – politoloq vurğulayıb.

O, qeyd edib ki, Bakı gələcəkdə bu sərhədlərin Azərbaycan Konstitusiyasına uyğun olmadığını bəyan edə, delimitasiya və demarkasiya prosesini yenidən başlaya bilər, əks halda müharibə başlayacaq.

“Cavab olaraq nə deyə bilərik? Nə edəcəyik? Sakitcə oturub gözləcəyikmi? Görürsünüz, Şarl Mişel nəsə dedi, ya Ceyms O’Brayen, ya da başqası. Bu gün oradadırlar, sabah yoxdurlar. O`Brayen gəlib deyəcək ki, Azərbaycan, sən səhv edirsən?. Ermənistanın indiki hakimiyyəti nədənsə danışıqlara səthi yanaşır. Hər şeyə barmaqarası baxırlar. Onlar tarixi oxumağa başlasalar da oxuyub bitirə bilməyiblər”, – deyə beynəlxalq əlaqələr bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*