Paşinyan hələ də Rusiyanın təklifini rədd edirbackend

Paşinyan hələ də Rusiyanın təklifini rədd edir

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların təhlükəsizliyinin təmin edilməsi funksiyası Ermənistan Respublikasına həvalə edilib.

KONKRET.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Milli Assambleyanın Yay Məktəbində şagirdin sualını cavablandırarkən deyib.

“Son vaxtlar regional kommunikasiyalarla bağlı müzakirələr intensivləşib. Bu günlərdə Rusiya Federasiyasının yüksək rütbəli məmuru (Lavrov nəzərdə tutulur) bildirib ki, noyabrın 10-da üçtərəfli bəyanatda qeyd olunur ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarının təhlükəsizliyi Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilir. Onu da deyim ki, 10 noyabr tarixli üçtərəfli bəyanatda bu yazılmayıb. O, açıq mətndir, hər kəs oxuya bilər. Əksinə, orada deyilir ki, Eermənistan kommunikasiyaların təhlükəsizliyini təmin edir və buna zəmanət verir”, – Paşinyan qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*