“Ermənistan və Azərbaycan iki ölkənin sərhədlərinin delimitasiyası və sonradan demarkasiyasının hansı xəritələr üzərində aparılacağına hələlik qərar verməyiblər”.
KONKRET.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan parlamentdə bildirib.
“Hazırda Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur. Ermənistan və Azərbaycanın Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılıq var”, – Paşinyan bildirib.
O əlavə edib ki, “Delimitasiyanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalı olduğu anlayışı var”.
Natiq Səlim,
KONKRET.az