Paşinyan həmin qərarının səbəbini açıqladıbackend

Paşinyan həmin qərarının səbəbini açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarına dair sənədləri ilin sonuna qədər dərc etmək qərarının səbəbini açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bunun ATƏT-in Minsk qrupunun buraxılması prosesi ilə əlaqədar olduğunu bildirib.

“Proses başa çatdıqdan sonra bu sənədləri açıqlamaq imkanımız olacaq, o zaman bu sənədlərin dərc edilməsi üçün mənəvi və siyasi maneə aradan qaldırılacaq”, – Paşinyan brifinqdə jurnalistlərə deyib.

Baş nazir həmçinin Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın başqa bir dövlətin liderinə ünvanladığı məktubu da dərc edəcəyini qeyd edib. O, bununla bağlı müddət açıqlamasa da, hazırda bu sənədin məxfiliyinin açılması prosesinin getdiyini qeyd edib.

Xatırladaq ki, Serj Sarkisyan bir neçə gün öncə verdiyi müsahibədə 2019-cu ildə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında ATƏT-in Minsk qrupunun yeni sənədinin olduğunu söyləmişdi. Sarkisyan bildirmişdi ki, əvvəlcə həmin sənədi Ermənistan üçün qəbuledilməz hesab edib, lakin sonradan onun danışıqlar üçün əsas ola biləcəyi qənaətinə gəlib. Buna cavab olaraq, Paşinyan Qarabağla bağlı danışıqlar prosesinə aid əsas sənədlər paketini, o cümlədən 2019-cu ilə aid materialları ilin sonunadək açıqlayacağını bildirmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*