Paşinyan hər şeyə razıdır, təki bu olmasın – Qriqori Trofimçukbackend

Paşinyan hər şeyə razıdır, təki bu olmasın - Qriqori Trofimçuk

İlin sonunda, xüsusilə də Rusiyada bütün görüşlər tam formal xarakter daşımır, çünki ilin nəticələri müzakirə olunur, bu isə kifayət qədər mühümdür. Beynəlxalq vəziyyət Rusiyaya belə bir anlıq da olsa, rahatlamağa imkan vermir.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə ekspert, “Avrasiya ideyalarının emalatxanası” elmi araşdırmalara dəstək Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk deyib.

“Soçi-Brüssel-Sankt-Peterburq və s… Bütün sensasiyalar, dediyim kimi, masa arxasındakı rəsmi, yüksək səviyyəli söhbətlərdən kənarda yaranır. Bunu Əliyevlə Paşinyanın qeyri-formal görüşü haqqında da demək olar.

Nikol müharibədə məğlub olub, indi də “qalstuksuz” rejimdə rahatlaşıb. O zaman elə bir qənaətə gəlmək olar ki, Nikolun, eləcə də Ermənistanın vəziyyəti çox yaxşıdır. Yəni, istirahət edib, kokteyl içmək üçün səbəbləri var.

Moskva üçün isə Qarabağ müharibəsinin açıq fazada olmamağı vacibdir və kifayət edir.

Paşinyan da indi yeni taktikaya üz tutmağa qərar verib. Hamı ilə razıdır, Türkiyə ilə aviareyslər, sülh müqaviləsi… – hər şeyə hazırdır. Əsası da odur ki, onu yenə də müharibə aparmağa məcbur etmirlər”, – müsahibimiz qeyd edib.

  • Garachanta
    Dekabr 28, 2021 - 20:42

    https://azpolitika.info/?p=657065
    Qeyd edək ki, Qarabağda yaşayan ermənilər Laçın dəhlizi vasitəsilə Ermənistana və əksinə getmək üçün Şuşada Azərbaycan hərbçilərinin nəzarəti altında olan yoldan istifadə edirlər. Bu yolun bir tərəfində Rusiya sülhməramlıları, bir tərəfində isə Azərbaycan hərbçiləri xidmət aparırlar. Əvvəllər yerli erməni sakinlər burda və digər mövqelərdə Azərbaycan hərbçilərilə ünsiyyətə cəhd ediblər. Lakin yerli məmurun da dediyi kimi, son vaxtlar Rusiya sülhməramlıları buna imkan vermirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*