“Paşinyan hər zaman yalan danışır, Nikolizm dəhşətli bir şeydir” – Vanetsyan ermənilərə SƏSLƏNDİbackend

“Paşinyan hər zaman yalan danışır, Nikolizm dəhşətli bir şeydir” – Vanetsyan ermənilərə SƏSLƏNDİ

“Paşinyan hər zaman yalan danışır, yalan onun kredosudur. Yalan danışmaqdan başqa heç nə bilmir. Onun yalanları səbəbindən ölkə ağır vəziyyətlə üzləşir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Solovyevə müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan səsləndirib.

Vanetsyan deyib ki, 2018-ci il inqilabından sonra bu vəzifəyə təyin edilib: “o zaman demək olar ki xalqın böyük əlsəriyyəti Paşinyanı dəstəkləyirdi. Nikolun çıxışlarında populizm çox idi. O xalqın inamından istifadə etməyi yaxşı bacarırdı. Mən də düşünürdüm ki, bütün bunlar ölkəni inkişafa aparacaq”- deyə Vanetsyan vurğulayıb.

Artur Vanetsyan Nikolizmi dəhşətli bir şey adlandırıb: “Bu dəhşətli şey Ermənistanı və “Artsax”ı hazırda düşdüyü vəziyyətə gətirdi. Düşünməyi bacaran və irəliyə 2-3 addım atan insan anlayır ki, Nikolun yanında olmaq doğru deyil. Gedərkən bəyanat verdim ki, o ölkəni uçuruma aparır”.

Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri müharibə başlayan gün  Moskvada olduğunu söyləyib: “Müharibə xəbərini aldıqdan sonra dərhal geri qayıtdım və ertəsi gün Qarabağa getdik. Döyüşlərdə birbaşa iştirak etdim. Hərbi əməliyyatlar bitən vaxt Şuşa yaxınlığındakı bir kənddə idim. Mövqeləri tərk etmək əmrini aldıqdan sonra İrəvana qayıtdım. Vanetsyan məsələnin siyasi yollarla həll edilməsinin vacibliyini də vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*