Nikol Paşinyan ölkədə qarşısı alınan çevriliş cəhdi ilə bağlı cəmiyyətə məlumat verib.
KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə qarşısı alınan çevriliş cəhdi ilə bağlı ilk dəfə olaraq açıq bəyanatla çıxış edib.
“Hüquq-mühafizə orqanları Ermənistan Respublikasını destabilizasiya etmək və hakimiyyəti ələ keçirmək məqsədi güdən cinayətkar–oliqarxik–kilsə dairələrinin genişmiqyaslı və iyrənc planının qarşısını alıblar.” , – deyə Paşinyan bildirib.
Baş nazir bu qüvvələri ölkədə sabitliyi pozmağa və dövlət institutlarını sarsıtmağa çalışmaqda ittiham edib. O, bu cür cəhdlərin ölkənin suverenliyinə və konstitusion əsaslarına qarşı yönəldiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl arxiyepiskop Baqrat Qalstanyanın adı bu cəhdlərlə əlaqəli hallanmışdı. Artıq onun evində axtarışların başa çatdığı da bildirilir.
Hazırda Ermənistan cəmiyyətində vəziyyət gərgindir və məsələ ətrafında istintaq davam edir.
Müşviq Tofiqoğlu
KONKRET.az