Paşinyan indi də Berlində velosiped yürüşünə çıxdıbackend

Paşinyan indi də Berlində velosiped yürüşünə çıxdı

Xeyli müddətdir İrəvanda velosiped yürüşləri təşkil etməklə gündəmə gələn Ermənistan Baş naziri Nikol Paşinyan indi də səfər etdiyi Berlində veloyürüşə çıxıb.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan özü sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu gün Berlində velosiped yürüşü oldu. Yaşasın velosiped!” – o yazıb.

Qeyd edək ki, ötən gün Paşinyan arvadı və qızı ilə Almaniyanın paytaxtına adi sərnişin təyyarəsində uçduğu görüntüsünü yaymışdı. Sonradan bəlli oldu ki, Paşinyan və ailəsi Berlində keçirilən Avro-24-ün final oyununu canlı izləməyə gedibmiş.

Onun bugündən məzuniyyətdə olduğu rəsmən açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*