“Paşinyan indi hamını nəzarətə almaq istəyir” – ŞOKbackend

"Paşinyan indi hamını nəzarətə almaq istəyir" - ŞOK

“Videokameraları və spidometr obyektivlərini lentlə bağlayan, həm də onları aradan qaldıracağına söz verən Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra hər yerə video kamera qoşulmasını əmr edib”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalifətdə olan “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan yazıb.

“Üstəlik, “inqilabçı” hakimiyyət yeni layihə irəli sürüb. Yeni qanuna görə də sahibkarlar öz vəsaitləri hesabına videokameralar quraşdırmalı və təhlükəsizlik qüvvələrinin onlara çıxışını təmin etməlidirlər. Başqa sözlə, onlar hər kəsin şəxsi məkanına sızaraq, onu idarə etməyə çalışırlar. Hər sahəni iyləmək, bizləri izləmək istəyirlər. “Heyvan tövləsi” qaydaları bütün “inqilablara” aiddir”,-deyə, Tevanyan bildirib. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*