Paşinyan görün nə ilə öyünür? Keçi və qoyun ixracatı…  – Erməni qəzetibackend

Paşinyan görün nə ilə öyünür? Keçi və qoyun ixracatı...  - Erməni qəzeti

Son bir neçə gündə Nikol Paşinyan yenidən Facebook səhifəsində müxtəlif statistik məlumatlar yayımlamağa başlayıb və onları böyük bir uğur adlandırıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Past” qəzeti yayıb.

Paşinyan bildirib ki, keçi və qoyun ixracatında ölkə  256 faiz artım əldə edib. Dünən bəzi mütəxəssislər bu rəqəmlərin daha çox manipulyasiya olduğunu söyləyirlər.

Xüsusilə, iqtisadçılar yalnız 2019-cu ilin sonunda qəbul edilmiş müvafiq proqramın qısa bir müddətdə belə bir nəticə verə bilməyəcəyini, yəni əslində bunun üçün ən azı bir neçə il lazım olduğunu qeyd edirlər. Digər tərəfdən, sahənin inkişafı ilə deyil, müəyyən mənada “tranzit” ilə məşğul olduğumuz barədə fikirlər var. İqtisadçılardan biri nəşrə verdiyi müsahibədə bu cür rəqəmləri dərc etməzdən əvvəl daxili tələbatı necə ödəməyin mümkün olduğunu, ətin qiymətinin necə tənzimləndiyini bilmək istəyirlər.

Digər bir iqtisadçı, qəzetin müxbirinə verdiyi açıqlamasında Paşinyanın, əsasən Statistika Komitəsinin məlumatlarının növbəti ümumiləşdirilməsindən və dərc olunmasından əvvəl fəal şəkildə rəqəmlər yayımladığına diqqət çəkib.

“Bəzən adamda elə təəssürat yaranır ki, Paşinyan Statistika Komitəsinin məlumatlarından istifadə etmir, əksinə bu qurum Baş nazirdən informasiya əldə edir”. Mənbə nəşrə belə deyib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*