Paşinyan Makrona Vaşinqtonda imzalanan bəyannamənin təfərrüatlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığında 8 avqustda Vaşinqtonda imzalanmış ABŞ–Ermənistan–Azərbaycan bəyannaməsinin təfərrüatlarını bölüşüb.
O, sənədə əsasən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Saziş”in paraflandığını, ATƏT-in Minsk Qrupunun mexanizmlərinin ləğv olunduğunu və regional kommunikasiyaların açılması barədə razılıq əldə edildiyini bildirib.
Paşinyan sülhün yeni investisiya imkanları yaratdığını vurğulayaraq Makrona davamlı dəstəyə görə təşəkkür edib. Sənəd üzrə ABŞ-a xüsusi marşrutun inkişafı üçün eksklüziv hüquqlar veriləcək, Azərbaycan isə Naxçıvanla quru əlaqəsi qurmağı hədəfləyir.
Aynurə İsmayıl
KONKRET.az