backend

Paşinyan münaqişənin nizamlanması üçün təklif irəli sürdü: Əliyevin reaksiyasını gözləyir

Ermənistanın Baş Naziri Nikol Paşinyan münaqişənin bütün tərəfləri üçün məqbul olan Qarabağ tənzimlənməsi variantı üzərində işə başlamağı təklif edib. KONKRET.az bildirir ki, Ermənistan hökumətinin başçısı bunu dünən rusiyalı jurnalistlərlə görüşü zamanı bəyan edib.

Paşinyan vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın təhlükəsizliyini, ölkənin və xalqın gələcəyini təmin etmək baxımından prioritetdir. Baş Nazirin sözlərinə görə, onun Qarabağ tənzimlənməsinə yanaşması Ermənistanın əvvəlki prezidentlərinin mövqelərindən fərqləndiyi üçün dəfələrlə tənqid olunub.

“Əgər biz tərəflərdən birinin qələbəsi və ya məğlubiyyəti haqqında deyil, məhz münaqişənin həll yolundan danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, üç xalq üçün məqbul bir həll tapmalıyıq. Əgər Azərbaycan Prezidenti eyni bəyanat versə, bu, danışıqlar prosesində həqiqi bir irəliləyiş əldə etmək şansımızın olacağını göstərir”, – deyə Ermənistan lideri vurğulayıb.

Bununla əlaqədar olaraq, Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Sahakyanı və ATƏT-in Minsk qrupunun həmsədrlərini münaqişənin üç tərəfi üçün məqbul olan bir həll üzərində işləmək lazım olduğuna dair razılığa dəvət edib. Bununla yanaşı, o qeyd edib ki, bu günə qədər hamı üçün məqbul olan variant yoxdur.

Paşinyan, eyni zamanda, Ermənistanın keçmiş prezidentlərinə – Dağlıq Qarabağdan gələn mühacirlərə, Serj Sarkisyana və Robert Köçəryana münasibətini Qarabağ tənzimləməsi ilə əlaqələndirməməyi tövsiyə edib. “Keçmiş ekologiya naziri axtarışdadır. Bu, mənim Ermənistanın təbiətinə münasibətimə təsir edə bilərmi? Keçmiş maliyyə naziri həbsdədir, bu, Ermənistanın maliyyəsinə münasibətimə təsir göstərə bilərmi?”, – deyə Baş Nazir iştirak edənlərin sualına ritorik suala cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*