Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi rəqiblərinə qarşı hücumu gücləndirib. Ən sonuncu hadisə dekabrın 29-da baş verdi. Anti- Paşinyan kampaniyasının önündə gedən “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Naira Zohrabyan bu gün parlamentin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr Daimi Komitəsinin sədrliyindən azad edilib. Zohrabyanın komitə sədri vəzifəsindən azad edilməsinin lehinə 78, əleyhinə isə 4 deputat səs verib”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Qeyd edək ki, parlamentdəki bəzi deputatlar, o cümlədən Naira Zohrabyan parlamentin dünənki fövqəladə iclasını baykot etmişdilər.
Xatırladaq ki, buna qədər Paşinyan siyasi rəqiblərindən Edmon Marukyan, Artur Vanetsyan, Vahan İşxanyan ,Robert Köçəryan, Serj Sarkisyan və digərləri haqqında cinayət işləri açılıb.
KONKRET.az