Paşinyan nazirin istefasından qorxur – Ter-Petrosyanın izibackend

Paşinyan nazirin istefasından qorxur - Ter-Petrosyanın izi

Ermənistanın Baş naziri Nikol Paşinyan o qədər bacarıqsız bir rəhbərdir ki, hətta işlərində uğursuz olan hökumət üzvlərini də işdən çıxara bilmir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Politik.am nəşri yazıb.

“İşlərini bacarmayan kadrların lideri Ermənistanın Səhiyyə naziri Arsen Torosyandır. Nazir nəinki ziddiyyətli açıqlamaları, peşəkarlığı ilə koronavirus epidemiyasına qarşı mübarizəni dayandıra bilmədi, həm də nalayiq davranışı ilə cəmiyyətin geniş kütlələrinin qəzəbinə səbəb oldu.

Bütün bunlara baxmayaraq, Baş nazir Paşinyan nazirini səhiyyə sisteminin rəhbərliyində saxlamağa davam edir. Halbuki müxtəlif ölkələrdə səhiyyə işçiləri koronavirusla mübarizədəki kiçik nöqsanlara görə istefa edirlər.

Əslində baş nazir Paşinyan Arsen Torosyandan qorxur. Səhiyyə naziri, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın ailə üzvləri ilə ilk mübahisəyə girdi. İndi Minasyan Paşinyanın bir nömrəli düşməni sayılırsa, Torosyanın istefası müxtəlif söhbətlərə səbəb ola bilər.

Torosyanın Ter-Petrosyanın komandasından olduğunu unutmayın. Paşinyan təkcə bu söhbətlərdən deyil, həm də siyasi atası Levon Ter-Petrosyan ilə münasibətləri korlayacağından qorxur. İlk prezident Nikol Paşinyanın siyasi sahədəki yeganə müttəfiqidir.

Bütün bunları nəzərə alaraq, səhiyyə sektoru tamamilə uğursuz olsa belə, Arsen Torosyan vəzifəsindən uzaqlaşdırılmayacaq. Torosyan bu vəzifəni yalnız baş nazirin müavini təyin edildikdə tərk edəcək. Bu, isə yaxın gələcəkdə düzələn məsələ deyil” deyə erməni nəşri yazır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*