Paşinyan niyə Moskvaya getmir? – Koronavirus fırıldağı üzə çıxdıbackend

Paşinyan niyə Moskvaya getmir? – Koronavirus fırıldağı üzə çıxdı

“Qraparak” qəzeti yazır ki, Nikol Paşinyan dünən epidemiya səbəbiylə Moskva səfərini ləğv etdiyini açıqlayıb. Ancaq nəşrin mənbələrinə görə, bu, daha çox Kremlin yaratdığı maneələrə görə baş verir.

KONKRET.az xəbər verir ki, Rusiya tərəfi Nikol Paşinyanın Moskva hava limanında koronavirus testindən keçməsini tələb edib, çünki onun infeksiyadan tez sağalması ilə bağlı şübhələr var.

“Ermənistan Paşinyanın İrəvanda keçirilən mənfi testinin cavabını göndərməyi təklif edib, lakin ruslar imtina edərək, baş nazirin yerindəcə yoxlanılmasının lazım olduğunu söyləyib. Əgər Paşinyanın həqiqətən də koronavirusa yoluxmadığı ortaya çıxsa, o zaman Rusiyaya girişi rədd ediləcək, çünki Ermənistan koronavirusun yayılması baxımından bölgədəki ən təhlükəli ölkədir” deyə nəşr qeyd edir.

Babək Göyüş                                                                                             

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*