Paşinyan niyə orduda xidmət etməyib? – Daha bir yalanı üzə çıxdıbackend

Paşinyan niyə orduda xidmət etməyib? – Daha bir yalanı üzə çıxdı

“Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, iki qardaşı orduda xidmət edib, buna görə hərbi xidmətə çağırılmayıb. Yumşaq desək, bu, tamamilə yalandır”.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı 168.am nəşri vəkil Tiqran Atanesyana istinadən yazıb.

O, özünün Facebook səhifəsində belə açıqlama ilə çıxış edib.

“Heç vaxt bu statusu yazmaq istəməzdim, amma ölkəmin vəziyyəti məni məcbur edir.

1992-ci ildə qəbul edilmiş “Hərbi vəzifə haqqında” Ermənistan Respublikasının ilk qanunu, həqiqətən də xidmət etmiş iki qardaşın üçüncü qardaşının məcburi hərbi xidmətdən azad edilməsini nəzərdə tuturdu. Bu qanunverici müddəa 1994-cü ildə ləğv edildi, bundan sonra bütün “üçüncü” qardaşlar orduya çağırıldı.

“Sevimli” Baş nazirimiz bu səbəbdən xidmətdən azad edildiyini qeyd edir, ancaq yalan danışır.  Xatırladım ki, 1991-1995-ci illərdə İrəvan Dövlət Universitetində təhsil almış və təxirə salınma qanuni hüququndan istifadə etmişdir. 1995-ci ilin payızında Universitetdən qovulduqda artıq “üçüncü qardaş” yox idi, 20 yaşı var idi və məcburi xidmətə getməliydi. Sual: Niyə çağırılmadı, amma bu gün müharibə şəraitində o, Ermənistan Respublikası Silahlı Qüvvələrinin baş komandanıdır. Niyə hamı susur? ” – Atanesyan yazıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*