“Paşinyan ölkəni eksperimentlər meydanına çevirib” – Tiqran Abramyanbackend

“Paşinyan ölkəni eksperimentlər meydanına çevirib” - Tiqran Abramyan

“9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla bağlı hər hansı qeyd onun bütün bəndlərinin icrası kontekstində nəzərdən keçirilməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Mənim şərəfim var” müxalifət fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Bir vaxtlar Ermənistan lideri qəribə tələskənliklə bu sənədin kapitulyasiya müddəalarını yerinə yetirəndə Qarabağın (“Artsax” qondarma rejimi nəzərdə tutur – red.) müxtəlif rayonlarını təslim (?) edəndə, Azərbaycanın öz pay öhdəliklərini yerinə yetirməyəcəyi proqnozlaşdırılırdı. Əgər danışıqlarda bəyanat əsas götürülürsə, o zaman “Artsax” haqda, “artsax”lıların geri qaytarılması və onların təhlükəsizliyinə təminat müddəalarından aydın danışmaq lazımdır. Paşinyan hakimiyyəti ölkəni eksperimentlər meydanına, gündəlik sövdələşmə obyektinə çevirib”.

Abramyan hansısa beynəlxalq aktorun Ermənistanın maraqlarını müzakirə predmetinə çevirməsinin yolverilməzliyini vurğulayıb: ”Amma bu baş verir. Ermənistan Respublikasının hakimiyyəti isə öz ölkəsinin maraqlarından çıxış etmir. Bu problem yalnız ilk baxışdan Rusiya Federasiyası ilə münasibətlərə təsir edir. Heç bir ölkə bu cür hakimiyyətlərə hörmət etmir və ya onların maraqlarını nəzərə almır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*