Ermənistanın Hərbi-Sənaye Komitəsinin sədri Artyom Meqrabyan tutduğu vəzifədən azad edilib.
KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın müvafiq qərarı hökumətin informasiya portalında dərc olunub.
Qeyd edək ki, A. Meqrabyan bu vəzifəyə 2024-cü ilin yanvarında təyin edilmişdi.