Paşinyan Pezeşkianla danışdı: Vaşinqton görüşü…backend

Paşinyan Pezeşkianla danışdı: Vaşinqton görüşü...

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası baş nazirin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Onlar Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə edilmiş razılaşmaları müzakirə ediblər.

N.Paşinyan regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipi əsasında fəaliyyət göstərəcəyi barədə M.Pezeşkianı məlumatlandırıb.

O, həmçinin İran Prezidentinin İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*