Paşinyan Prezident İlham Əliyevə müraciət etdi: “Münaqişənin sülh yolu ilə həllinə yaxın ola bilərik…”backend

Paşinyan Prezident İlham Əliyevə müraciət etdi: "Münaqişənin sülh yolu ilə həllinə yaxın ola bilərik..."

Ermənistanın Baş naziri Nikol Paşinyan gözləyir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onun formulunu qəbul edəcək. Onun sözlərinə görə, istənilən qərar Ermənistan və Azərbaycan xalqlarının və Dağlıq Qarabağın separatçı rejiminin maraqlarına uyğun olmaldır. KONKRET.AZ xəbər verir ki, Paşinyan bu barədə Fox LA-ya müsahibəsində deyib: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll yollarını tapmağa hazırıq. Mesajım budur ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Mən Ermənistanın ilk lideriyəm ki, münaqişənin həll variantının Azərbaycan üçün də məqbul olmasının vacibliyini demişəm. Ermənistanda məni buna görə tənqid etdilər, amma münaqişənin sülh yolu ilə həlli üçün bu məsələ olduqca vacibdir. İndi gözləyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də eyni düsturu ifadə etsin”.

Ermənistanın Baş naziri qeyd edib ki, Azərbaycan Prezidenti danışıqlarda bu düsturu qəbul edərsə, münaqişənin sülh yolu ilə həllinə yaxın olacaqlar.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*