“Nikol Paşinyan “France24”-ə müsahibə verib. Əsas tezisləri oxudum və bir daha şahidi oldum ki, bu adam eyni primitiv təsəvvürlərin girovu olaraq qalıb. O, Rusiyanı nə qədər çox sarsıtsa, Qərbdən bir o qədər çox dəstək alacağına hələ də inanır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Suren Surenyants bildirib.
O daha sonra fikirlərini belə davam etdirib: “Paşinyanın bu avantürasını qərb maraqları təşviq edir, bunun əvəzini biz ödəyəcəyik. Paşinyanın dili ilə deyim: o, əlindən gələni edir ki, “iki öküz”lə yanaşı, bir “ayı” da yolumuza mane olsun.
Bir sözlə, bizə Paşinyanın uduzduğu siyasətlə bağlı xatirələrini hansı qərb paytaxtında yazacağını təxmin etmək qalır”.
Natiq Səlim,
KONKRET.az