Paşinyan: “Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi dalana dirənməyib”backend

Paşinyan: "Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi dalana dirənməyib"

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu gün parlamentdə keçirilən hökumət saatı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra açıqlamalarla çıxış edib. O vurğulayıb ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar inkişaf edən və “canlı” bir prosesdir.

Onun sözlərinə görə, Ermənistandakı siyasi dəyişikliklərlə, münaqişənin həlli məsələsində yeni hakimiyyətin konstruktivliyi ilə bağlı narahatlıqlar ola bilər: “İlk günlərdən müəyyən bir mənada yeni komponentləri özündə cəmləşdirən müəyyən formulalar hazırladıq. Müvafiq olaraq, bunun nə ilə nəticələnə biləcəyi və ya problemin həllinə töhfə verə biləcəyinə dair sual ortaya çıxdı”.

Paşinyan son bir il yarım ərzində bu sahədə situasiyanın dəyişdiyini vurğulayıb: “Düşünürəm ki, ötən müddət ərzində tərəfdaşlarımız elə başa düşdülər ki, biz prosesi yalnız dayandırmağa çalışırıq. Əksinə, biz effektiv danışıqlar aparmağın mümkün olmayan çoxsaylı məqamlarını qeyd etdik. Problemin həlli üçün ilkin şərtlərin yaradılmasına gəlincə, yanaşmalarımız daha yaxşı qəbul olunmağa başladı və bu, yanaşmalarımızın konstruktivliyi səbəbindən baş verdi. İndi bildirmək olar ki, danışıqlar prosesi nəinki boşa çıxmadı, əksinə, münaqişənin bütün tərəfləri üçün münaqişənin həllinə yönələcək danışıq mühitinin formalaşması üçün şəraitin yaradılması istiqamətində işlər görülür”.

Lavrovun açıqlamasından danışan Paşinyan qeyd edib ki, “rus nazir erməni ictimaiyyəti üçün yeni heç nə deməyib. Bununla belə, baş nazir Lavrovun vacib bir həqiqəti səsləndirməsini müsbət hesab edir – münaqişə Dağlıq Qarabağın iştirakı olmadan həll edilə bilməz”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*