Paşinyan: “Qarabağın əvəzinə Meğrini versəydik, bəlkə də problem çoxdan həll olunmuşdu”backend

Paşinyan: "Qarabağın əvəzinə Meğrini versəydik, bəlkə də problem çoxdan həll olunmuşdu"

Nikol Paşinyan dünən Ermənistan İctimai Televiziyasına müsahibə verib. Müxtəlif mövzularda sualları cavablandıran baş nazir bildirib ki, ermənilərin Qarabağdan çıxarılmasını planlaşdıran və həyata keçirən insanlar hesab edirlər ki, Qarabağ məsələsi həll olunub, indi növbə Ermənistanındır.

KONKRET.az xəbər verir ki, daha sonra münaqişənin tarixinə nəzər salan Paşinyan 1990-1991-ci illərdə Ermənistan liderlərinin buraxdıqları səhvlərdən danışıb:

“Həmin dövrdəki liderlər demirdilər ki, Ermənistana dövlət olmaq üçün müstəqillik lazımdır, onlar deyirdilər ki, Dağlıq Qarabağ problemini həll etmək üçün müstəqil dövlət lazımdır. İndi müxalifət nümayəndələri deyirlər ki, Ermənistanın Qarabağsız mövcudluğunun heç bir mənası yoxdur, çünki Ermənistan Respublikasının dövlətçiliyi Qarabağ məsələsinin həlli üçün yaradılıb. Yəni Qarabağ məsələsi həll olunsaydı, Ermənistanın taleyi necə olacaqdı? Digər ölkələrdən Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlar olub. Bu çağırışları edən insanlar düşünürlər ki, Qarabağ məsələsi həll olunub və deməli, Ermənistan məsələsi də həll olunmalıdır. Yəni konsepsiya tamamlanmalı, Ermənistanda yeni hökumət qurulmalıdır”.

Daha sonra münaqişənin gedişi zamanı Ermənistanın əldən verdiyi üstünlüklərə toxunan baş nazir bildirib ki, bir neçə dəfə Ermənistan təklifləri dəyərləndirməyib: “Elə bir sənəd olmayıb ki, imzalanandan sonra Qarabağ münaqişəsinin həlli başa çatsın. 1999-cu ildə bir variant var idi. Həmin sənəd imzalansaydı, Qarabağ məsələsi birdəfəlik həll oluna bilərdi. Bu, Meğri rayonu ilə Dağlıq Qarabağın mübadilə variantı idi. Bəlkə də, həmin vaxt mübadilə baş tutsaydı, məsələ çoxdan öz həllini tapmışdı”. O, Qarabağ məsələsinin uzanmasını məqsədli şəkildə Ermənistana və Azərbaycana qarşı istifadə edildiyini bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*