“Görünür yeni il tətilindən sonra Nikol Paşinyan qubernatorların tərkibində müəyyən dəyişikliklər edəcək. Bu, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdəki məğlubiyyətlə bağlıdır. Qərar seçkilərdən sonra verilib və hazırda hakimiyyət namizədləri axtarır”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb:
“Heç kimə sirr deyil ki, müharibədən sonra çoxları Paşinyan hökumətində təmsil olunmaqdan imtina edir. Ona görə də, qarşıda baş verə biləcək hadisələrin əvvəl Paşinyana regionlardakı vəziyyəti idarə edə və ictimai narazılığı yatıra bilən məmurlar lazımdır. Hazırda dörd qubernatorun istefası məsələsi müzakirə olunur. Birincisi, Zəngəzur qubernatoru Melikset Poqosyandır. Keçmiş hərbçi Zəngəzurda vəziyyəti nəzarətə götürə bilməyib. Baxmayaraq ki, bu obyektiv səbəblərlə (sərhəd və yollardakı vəziyyətlə) bağlıdır” – deyə qəzet bildirib.
Onlar (Paşinyan administrasiyası) Ararat (Vedi rayonu) qubernatoru Razmik Tevonyandan da narazıdırlar. O da, qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməyib. Lori və Qeqarkunik qubernatorlarının dəyişdirilməsi də mümkündür” – qəzet yazıb.
Müşviq Tofiqoğlu
KONKRET.az