Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada iki günlük işgüzar səfərdədir və burada təbiət və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, səfərdə onu həyat yoldaşı Anna Akopyan və qızı müşayiət edir.
Rusiya mətbuatı xəbər verir ki, ölkənin baş naziri Mixail Mişustin iyulun 24-dən 26-dək beynəlxalq ekoloji konfransın keçiriləcəyi Qorno-Altayskda Nikol Paşinyanla görüşüb .Hökumət başçılarının görüşündə hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Görüşün məzmunu barədə məlumat verilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az