Erməni sosial şəbəkələrində Baş nazir Nikol Paşinyanın qızı üçün dövlət büdcəsi hesabına 27 min dollarlıq yeni bir avtomobil alındığı barədə məlumatlar yayıldı. KONKRET.az xəbər verir ki, bu xəbərlər yayıldıqdan dərhal sonra Baş nazirin təbliğat platformasının fəal istifadəçilərinin böyük bir qismi Facebookda belə xəbərləri yayanları ittiham etməyə başladılar. Hətta Paşinyanın belə bir şey edə bilməyəcəyinə and içməyə hazır olanlar da tapılırdı.
Ancaq birdən hər şey dəyişib. Vladimir Karapetyan belə bir açıqlama verib ki, “Bəli, bizim və vergilərimizin hesabına baş nazirin qızı üçün yeni bir avtomobil alındı. Düzdür, yalnız bu gün deyil, xeyli müddət əvvəl insanlar gecikmədən bundan xəbərdar oldular”.
Əlbəttə ki, Ermənistanda təxminın durum budur: müxalifətdə olan hər hansı bir şəxs bu məsələyə toxunarsa, o zaman Baş nazir və ya onun tərəfdarları sonunculara hücum edəcək və keçmişdə baş vermiş qanunsuzluqları xatırladacaq. Erməni müxalifəti yekdilliklə belə qənaətdədir ki, Paşinyanın təbliğat ruporu bar-bar bağırır ki, bəs erməni vətəndaşları üçün əməli-saleh insanlar hakimiyyətdədir.
Əslində isə erməni vətəndaşları artıq belə düşünür ki, niyə bu mənasız xərclərə dözməlilidirlər: “Nikol, səni pensiya və müavinətlərimizi artırmaq, iş yerləri açmaq üçün hakimiyyətə gətirdik, gəlirlərini artırmaq üçün yox. Ailənizin dolanışığını artırır və həyatınızı daha lüks edirsiniz.
Bizim hesabımıza yeni bir maşın alırsınız, səfərlər, ailənizə turlar və s. Paul sərxoş olduğu müddətdə Arpi ilə bir avtomobildə olacaq və ya Aşot hətta öz hesabına bir tank da ala bilər”.
Sosial şəbəkələr bu barədə susmur: Erməni istifadəçilər vurğulayıblar ki, 27.000 dollara Yeni il öncəsi imkansız ailələrə yardım etmək olardı, nənə və babalara bir dəstək göstərmək mümkün idi və ya uşaq bağçası üçün yaxşı şərait qurmaq olardı. Amma Nikol nə etdi? Bir neçə evsiz ailəni düşünməkdənsə, qızı üçün təxminən 13 milyon dramlıq bir maşın aldı.
Erməni jurnalist-qadın, ictimai fəal Zaruhi Ovannisyan isə məsələyə belə münasibət bildirib: “Nikol müxalifətdə olsaydı və Serj öz övladına maşın alsaydı, onda buna necə reaksiya verərdii? Təbii ki, Milli Məclisdə ən azı alovlu bir nitq söyləyərdi!”
Hazırladı: Fadil PAŞAYEV