Paşinyan qondarma “soyqırımı”ndan İMTİNA EDİRbackend

Paşinyan qondarma "soyqırımı"ndan İMTİNA EDİR

Ermənistanın baş naziri Nikol Paşinyan qondarma “soyqırımı” məsələsinin yenidən araşdırılmasının zəruriliyindən danışıb.

“Biz erməni “soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə “soyqırımı” gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu”, – Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.

Müşahidələr deyir ki, Paşinyan bu açıqlaması ilə “erməni soyqırımın” siyasi məsələ olduğunu, bunun Sovetlərin (və Rusiyanın) əlində bir alət olduğunu bəyan edib.

Erməni mətbuatının iddiasına görə, Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verib və həmin illərdə ölən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Paşinyanın bu təşəbbüsünü “çox təhlükəli” adlandıranlar da var. Müxalifətçilər iddia ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.

Paşinyanın bu çıxışı nədən xəbər verir? Ermənistan artıq saxta soyqırımı iddiasından imtina edir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan türkiyəli general Yücel Karauz bildirib ki, “soyqırımı” məsələsi 1945-ci ildən sonra sovetlər tərəfindən Ermənistanın gündəliyinə daxil edilib:

“Ermənistan Baş naziri Nikol Paşinyan təqribən 1 ildir, Osmanlıda ermənilərə qarşı “soyqırımı” məsələsinin Ermənistanın xarici siyasətində prioritet olmadığını, hadisələrin deyildiyi formada baş vermədiyini deyir. 1939-40-cı illərdə belə bir məsələnin gündəmdə olmamasına baxmayaraq,1950-ci illərdə Türkiyənin NATO-ya daxil olduğu dövrdə, prosesə təsir etməsi üçün sovetlər tərəfindən məsələnin alovlandırıldığı və “soyqırımı” termininin Ermənistanın gündəminə daxil edildiyini və buna əsasən yeni dövrdə münasibətlərin davam etdirilə bilməyəcəyini irəli sürməkdədirlər. Paşinyan bunu Davosa səfəri zamanı erməni icması ilə görüşdə də təkrar edib. Bundan öncə Ermənistanda da bu barədə danışmışdı. Həqiqətlərin ortaya çıxmasına ehtiyac var. Türkiyə hər zaman “gəlin arxivlərimizi açaq nə sənəd varsa, baxaq və görək ki, kim-kimə soyqırımı edib”, deyə çağırış edib. Əslində, soyqırıma məruz qalan anadolu türkləridir”.

Türkiyəli general deyir ki, Qərb də dəfələrlə “soyqırımı” məsələsini qabardıb.

“Hər il ermənilərə qarşı törədildiyi iddia edilən “soyqırımı” ilə bağlı ABŞ Prezidenti o zaman nəinki Anadoluda, bəlkə heç dünyada olmayan insan sayı qədər erməninin qətl edildiyini deyə bilir. Bu tək sovetlərin yox, eyni zamanda Qərbin də anadoludakı türklərə qarşı addımıdır. Paşinyanın bu mövqeyi ilə sülh razılaşmasına gedən yolda Türkiyəni yanına almaq istəyir. Olmayan bir soyqırımı iddiası ilə Türkiyə ilə qapıların açılmasının, Azərbaycanla sülh sazişinin imzalanmasının çətin olduğunu bildiyi üçün Paşinyan belə çıxış etdi. Qondarma soyqırımı abidəsi ləğv edilməz, amma həqiqətlərin  gec də olsa, erməni rəsmilər tərəfindən bəyana edilməsi önəmlidir. Ermənistanın Türkiyə açılımı kimi dəyərləndirmək olar. Bunun müsbət təzahürləri təbii ki, olacaq. Nəhayət, 110 il sonra da olsa, ermənilər tərəfindən həqiqətlərin dilə gətirilməsi müsbət hadisədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*