“Ermənistan sərhədçiləri avqustun 1-dən etibarən Zavertnots hava limanında tam xidmətə başlayacaqlar”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, martın 12-də keçirdiyi mətbuat konfransında deyib.
“Burada söhbət erməni sərhədçilərinin hava limanında xidmətə başlamasından yox, yardımçı funksiyanı yerinə yetirən Rusiya sərhədçilərinin xidmətdən tamamilə kənarlaşdırılmasından gedir. Biz belə bir qərar verdiyimizi elan etmişdik və səhv etmirəmsə, rus hərbçilərinin ərazini tərk etməsi üçün son tarix kimi 2024-cü il avqustun 1-ni göstərmişik” .
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandan müvafiq sorğunun alındığını təsdiqləyib.
Ariz HƏSƏNOĞLU,
KONKRET.az