Paşinyan Rusiyaya GEDİRbackend

Paşinyan Rusiyaya GEDİR

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 28-də Rusiyaya işgüzar səfərə gedəcək.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan hökumətinin başçısı MDB ölkələri liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak edəcək.

Bundan əvvəl Paşinyan onlayn mətbuat konfransı zamanı bildirib ki, MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlə bağlı rəsmi təklif yoxdur. Amma istənilən halda, İlham Əliyevlə ünsiyyət olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*