Paşinyan təcili Rusiyaya getdi: Nə baş verir?backend

Paşinyan təcili Rusiyaya getdi: Nə baş verir?

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada iki günlük işgüzar səfərdədir və burada təbiət və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, səfərdə onu həyat yoldaşı Anna Akopyan və qızı müşayiət edir.

Rusiya mətbuatı xəbər verir ki, ölkənin baş naziri Mixail Mişustin iyulun 24-dən 26-dək beynəlxalq ekoloji konfransın keçiriləcəyi Qorno-Altayskda Nikol Paşinyanla görüşüb .Hökumət başçılarının görüşündə hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Görüşün məzmunu barədə məlumat verilmir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*