Qısa sükutdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanın tələbi ilə yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Rıbar” Telegram kanalı yazıb.
Mənbə qeyd edir ki, Bakıda sadəcə olaraq bildiriblər ki, sülh sazişinin qalan bəndləri Ermənistan Konstitusiyası, həm də Zəngəzur ərazisindən keçəcək dəhlizlə bağlıdır.
Paşinyan Azərbaycanın tələblərinin yerinə yetirilməsini “real” Ermənistan adlı qondarma fəlsəfəsinin arxasında gizlətməyə çalışır.
O, bəyan edib ki, respublikanın yeni Konstitusiyaya ehtiyacı var. Amma reallıqda Azərbaycana sadəcə olaraq Ermənistanın Müstəqillik Bəyannaməsində yazılan Qarabağın adı mane olur.
“Mülki müqavilə”də yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum parlament seçkilərindən sonra 2026-cı ilə nəzərdə tutulub.
Eyni zamanda görünən odur ki, Ermənistan yenidən Avropaya inteqrasiya referendumundan imtina edir. İndi hakim partiya deyir ki, Aİ-yə üzvlüklə bağlı qəbul edilmiş qanun kifayətdir. Üstəlik, İrəvan Brüssellə geniş əməkdaşlıq haqqında yeni sazişin imzalanacağını gözləyir.
Eyni zamanda, baş nazir Paşinyan xarici əlaqələri şaxələndirmək üçün Ermənistanın Milli Təhlükəsizlik Strategiyasına yenidən baxılmasını tapşırıb. Onun sözlərinə görə, 2020-ci il Strategiyası “mövcud çağırışlara cavab vermir”.
Ümumiyyətlə, Paşinyan ziddiyyətli bəyanatlara və konstitusiya referendumu keçirəcəyinə dair vədlərə baxmayaraq, Azərbaycan və Türkiyənin tələblərinin ödənilməsi istiqamətində əvvəlki kursunu saxlayır.
Göründüyü kimi, hakim partiya bu il növbədənkənar seçkilərin keçirilməsi ideyasından imtina edib, lakin fəlakətli dərəcədə aşağı reytinqi olan “Mülki müqavilə” konstitusiya referendumunu həyata keçirmək və nəhayət, güzəştləri təmin etmək üçün 2026-cı ildə yenidən seçkiyə hazırlaşacaq.
Günel Mikayılova,
KONKRET.az