Paşinyan yenə SƏRSƏMLƏDİ – Sülh müqaviləsi olmayacaqbackend

Paşinyan yenə SƏRSƏMLƏDİ – Sülh müqaviləsi olmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Ermənistan Konstitusiyası, daha dəqiq desək, qonşulara qarşı ərazi iddialarının məzmunu ilə bağlı özünün “X” sosial hesabında paylaşım edib: “Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Konstitusiyanın maddələrində təsbit olunmuş bəyannamənin müddəalarına aiddir”.

KONKRET.az xəbər verir ki, Paşinyan bununla  bir daha bəyan edib ki, Ermənistanın konstitusiya ilə bağlı heç bir problemi yoxdur. Eyni zamanda, sülh prosesinin bu mərhələsində irəliləyiş yoxdur.

Paşinyan və komandası indi 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlıqla məşğuldur. Çox güman ki, o, seçkilərdə yenidən qələbə qazanmaq və baş nazir kürsüsündə qalmaq üçün hər hansı kəskin qərarlardan qaçacaq. Deməli, 2026-cı ilə kimi Paşinyanın hər hansı güzəştə gedəcəyini gözləmək sadəlöhvlük olardı.

Paşinyanın konstitusiya islahatının 2027-ci ildə, yəni seçkilərdən sonra referenduma çıxarılacağını açıqlaması səbəbsiz deyil. Eyni zamanda, Paşinyan bəzi məsələlərdə tələskənliyə yol verib. O, referendumda Müstəqillik Bəyannaməsinə istinadın götürülməsi məsələsinə baxılmayacağını deməklə bir qədər tələsib. Bəs tərəflərin 2027-ci ilə qədər gözləməyə vaxtı varmı? Otuz ilə yaxın gözləyən Azərbaycan üçün daha iki il elə də böyük zaman deyil. Burada əsas məsələ hansısa kağız parçasına atılan boş imza deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini özündə ehtiva edən konkret addımlar olmalıdır. Amma bu, bir qədər ciddi məsələdir. Ermənistan vaxt udmaqla məşğuldur və revanşa hazırlaşır.

Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran Ermənistan ciddi şəkildə silahlandırılır. İndi Fransa və Hindistandan alınan hücum silahlarına arxalanan Nikol çox güman ki, konstitusiyada problemli sahələri saxlayacaq. Yəni Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*