Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi imzalandıqdan sonra Bakı və İrəvanın beynəlxalq məhkəmələrdən bir-birinə qarşı iddialarını geri götürə biləcəyini istisna etmir.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, o, mətbuat konfransında müvafiq açıqlama verib.
“Danışıqlar zamanı bu məsələ müzakirə olunur. Bizim mövqeyimiz belədir: bu, ən sonda müzakirə edilməli olan məsələdir, sülh müqaviləsinin bütün bəndləri razılaşdırıldıqdan və tərəflər onu imzalamağa hazır olduqdan sonra bu məsələyə qayıdıla bilər. Bu daha məntiqlidir. Əgər tərəflər sülh müqaviləsi bağlayıblarsa, o zaman bir-birinə qarşı hüquqi müharibə aparmağın nə mənası var?”. – deyə Nikol Paşinyan bildirib.
Ariz Həsənoğlu
KONKRET.az