Paşinyana çətir atan qadına ittiham irəli sürüldübackend

Paşinyana çətir atan qadına ittiham irəli sürüldü

Paşinyana çətir atan qadın həbs oluna bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib. Ermənistan Baş naziri Nikol Paşinyana çətir atan Narine Asatryana qarşı məmurun xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə ona qarşı zorakılıq tətbiq etməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 47 yaşlı qadın aprelin 10-da Vayotsdzor vilayətinin Malışka icmasındakı fərdi evlərdən birinin həyətində Ermənistan hökumətinin başçısına çətir atıb. Baş nazirin mühafizəçiləri qadını hadisə yerindən uzaqlaşdırıblar.

O, saxlanılaraq ibtidai istintaq orqanına aparılıb. Daha sonra Ermənistan Cinayət Məcəlləsinin 44-452-ci maddəsi (vəzifəli şəxsin xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə ona qarşı zor tətbiq etməyə cəhd) ilə iş açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*