Paşinyana təqdim edilən gizli sənəd ortaya çıxdı – Ermənistan dövlətçiliyi təhlükədəbackend

Paşinyana təqdim edilən gizli sənəd ortaya çıxdı – Ermənistan dövlətçiliyi təhlükədə

Konkret.az xəbər verir ki, sabiq deputat Albert Bağdasaryan Ermənistandakı mövcud daxili siyasi vəziyyət və Baş nazir Nikol Paşinyan tərəfindən elan edilən sistemli korrupsiyanın aradan qaldırılması ilə bağlı gizli sənədə aydınlıq gətirib. Bağdasaryan bildirib ki, ölkədə sistemli korrupsiya hələ də var. “İdarəetmə sisteminin məntiqini nəzərə almayan Nikol Paşinyanın qarşısına gizli sənəd qoyublar. Həmin sənədə görə, dövlətimizin idarəetməsi korrupsiyaya söykənir. Əgər korrupsiyanın kökündən həlli mümkün olarsa, onda idarəetmə sistemi iflic olacaq. Bu isə faktiki dövlətin dağılmasına gətirib çıxaracaq. Əgər idarəetmə sistemini qoruyursan, amma korrupsiyanı aradan qaldıracaqsan, onda dövləti məhv edəcəksən”, – deyə keçmiş deputat bildirib.

Bağdasaryanın sözlərinə görə, idarəetmə forması Konstitusiya ilə müəyyən edildiyi üçün bu ali qanuna dəyişiklik edilməyincə, korrupsiya tam aradan qalxa bilməz.

Bağdasaryan ironik şəkildə vurğulayıb ki, dövlətin idarəetməsinin korrupsiyaya söykəndiyini başa düşmək üçün bu sənədi oxumamaq da olar. “Mən hələ bunu 1995-ci ildə Konstitusiya müzakirəsi zamanı bildirdim”, – deyə deputat qeyd edib.

Albert Bağdasaryan qeyd edir ki, 1-2 həbs məsələsi ilə rüşvətxorluğu kökündən həll olunmayacaq və əhalinin əksəriyyəti bu sistemdə işləyib. “Bir çox insan illərdir bu idarəetmə sistemində çalışır. İndi bütün ermənilərin əl-qolunu bağlaylb həbs edək? Sistemin dəyişdirilməsinin lazım olduğunu başa düşmək lazımdır. Problemin həlli bütün korrupsionerlərin tutulacağını axmaqlıqla elan etməklə bitmir. Çıxış yolu yeni bir sistemin qurulmasına qarşı çıxanların hamısını məsuliyyətə cəlb etməklə, nəhayət, yeni bir idarəetmə sistemi yaratmaqdır”

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*