Paşinyandan Konstitusiya ilə bağlı YENİ AÇIQLAMA: “Hesab edirəm ki…”backend

Paşinyandan Konstitusiya ilə bağlı YENİ AÇIQLAMA: "Hesab edirəm ki..."

“Əvvəllər keçirilən konstitusiya referendumları xalqın maraqlarına uyğun olmayıb”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistanda cəmiyyət və dövlət arasında uçurum var. Eyni zamanda hüquq mühafizə sistemlərində problemlər mövcuddur:

“Qeyd etməliyəm ki, bu boşluqlar indidən qaynaqlanmır. Əvvəlki dövrlərdə olan problemlərin nəticəsidir. Belə ki, əvvəlki referendumlar xalqın iradəsini ifadə etməyib. Hesab edirəm ki, ölkənin yeni konstitusiyası Müstəqillik Bəyannaməsinə istinad etməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*