Paşinyandan növbəti ETİRAF: “Bu anda ölənlərimizin sayı çoxdur”backend

Paşinyandan növbəti ETİRAF: “Bu anda ölənlərimizin sayı çoxdur”

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib ki, hazırda ölən erməni hərbçilərinin sayı çoxdur.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Baş nazir “Həyatları ilə vətənlərini, xalqımızın yaşamaq hüquqlarını, eyni zamanda şəxsiyyətimizi, ləyaqətimizi və gələcəyimizi müdafiə edən cəsur hərbçilərimiz üçün kədərlənirəm” deyib.

Nikol Paşinyan bütün ölənlərin ailələri, valideynləri və xüsusən də anaları qarşısında baş əydiyini vurğulayıb.

“Onların itkisini öz itkim, ailəmin itkisi kimi qəbul edirəm” bildirib.

“Ancaq hamımız bilməliyik ki, vəziyyət olduqca çətindir. Mən bunu ümidsizlikdən qeyd etmirəm. Xalqımızla həqiqət dilində danışmaq məcburiyyətindəyəm” deyib Paşinyan.

Baş nazir vurğulayıb ki, Türkiyə-Azərbaycan ittifaqı Dağlıq Qarabağa (işğal edilən Azərbaycan torpağı) və Ermənistana hücumları dayandırmayacaq.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*