Paşinyanı bu ölkəyə girməyə qoymurlar – SƏBƏBbackend

Paşinyanı bu ölkəyə girməyə qoymurlar – SƏBƏB

Yaponiya hökuməti Ermənistan Baş naziri Nikol Paşinyanın səfərinə mane olmağa çalışıb.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, Nikol avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyantszin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, sentyabrın 3-də isə Çinin Yaponiya üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.

“Biz onun Çindən Yaponiyaya getmək istədiyini öyrəndik. Lakin mənbələrimiz bildirir ki, Ermənistan baş nazirinin məğlubiyyətlərinə həsr olunmuş hərbi paraddan dərhal sonra Yaponiyaya səfər etmək istəyi sözügedən ölkədə narazılığa səbəb olub. Hətta onlar buna mane olmağa çalışıb. Xüsusən də Anna Akopyanın səfərdə iştirakı ilə bağlı çaşqınlıq ifadə olunub. Yaponiyaya səfərin baş tutub-tutmayacağı bir neçə gündən sonra məlum olacaq”, – deyə nəşr qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*