Paşinyanı psixoloqa göndərmək lazımdır, nə etdiyini bilmir – ERMƏNİ MEDİASIbackend

Paşinyanı psixoloqa göndərmək lazımdır, nə etdiyini bilmir – ERMƏNİ MEDİASI

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı psixoloji yardıma ehtiyacı olan ərinə kömək etmək istəyir. Qadının fikrincə, o, həddindən artıq əsəbi və balanssız vəziyyətdədir.

KONKRET.az xəbər verir ki, bu barədə cümə günü Ermənistan mediası Paşinyanın həyat yoldaşı Anna Akopyanın sosial şəbəkələrdəki statusunu təhlil edərkən yazıb.

“Facebook”da canlı yayıma çıxan Akopyan psixoloqla əlaqə qurmağın lazım olduğunu deyib və öz şəxsi nümunəsini xatırladıb.

Dediyinə görə, on il əvvəl baş verən hadisələr onun düşüncəsində dərin psixoloji iz buraxıb.

“Xüsusilə 2008-2010-cu illərdə Nikolun hakimiyyətdən gizlənməsi ilə barışmaq mənim üçün çətin idi. O vaxt həbsxanada idi. Vaxt keçdikcə heç bir şəxsi problemimin öhdəsindən gələ bilməyəcəyimi başa düşdüm. Bu, böyük bir narahatlığın ifadəsi idi”, – deyə Paşinyanın həyat yoldaşı bildirib.

Akopyanın əsas çağırışı budur ki, yaxınlıqda köməyə ehtiyacı olan varsa, kömək etmək lazımdır.

“Baş nazirin həyat yoldaşının tövsiyəsindən sonra gəlin hazırkı baş nazir Nikol Paşinyanın vəziyyətini başa düşməyə çalışaq. Aydındır ki, balanssızdır, çılğındır, əsəbidir,  həyəcanlıdır … Ermənistanın Baş naziri başını itirib, nə etdiyini bilmir. Onun bu durumu təkcə onun özünə aid deyil. Burada söhbət Ermənistanın dövlət təhlükəsizliyindən gedir. Ermənistan hökumətinin başçısının psixoloqun köməyinə ehtiyacı var ”. Erməni mediası belə yazıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*