Ermənistanın xarici siyasətinin Qərbə doğru yönəlməsi Cənubi Qafqazdakı vəziyyətin müzakirəsi kontekstində ən aktual mövzulardan biri olaraq qalır. Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri bu məsələyə bir daha toxunmaq, İrəvanın Qərbə üz tutmasının miqyasını anlamaq və bu dəyişikliklərin həqiqət xəttini keçib-keçmədiyi sualına cavab vermək üçün münasib fürsətdir.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Sergey Markedonov deyib. O hesab edir ki, Nikol Paşinyanın Vaşinqtona səfəri üçün çox ciddi səbəbləri var. Markedonov ABŞ-da Dövlət Departamentindən müstəqil bir struktur olan və ikitərəfli razılaşma əsasında fəaliyyət göstərən Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının olmasına xüsusi diqqət çəkib. Paşinyan qeyd edir ki, Ermənistan mahiyyətcə monodini ölkədir və dini mövzular ABŞ-a səfər etmək üçün yalnız səbəbdir. Reallıqda Paşinyan bir neçə problemi həll etməyə çalışıb:
1. Əvvəlcə Ermənistanın baş naziri Donald Trampın komandasına göstərməyə çalışıb ki, keçmiş prezident Co Baydenlə fəal əməkdaşlıq şəxsi maraq məsələsi deyil. ABŞ-la əməkdaşlığı sistemli şəkildə inkişaf etdirmək zərurətidir. Ekspert Paşinyanın Tramp komandasına Cənubi Qafqaza daha çox diqqət yetirmək üçün emosional müraciətini təsadüfi hesab etmir.
2. Ermənistan rəhbərliyi Vaşinqtonda hazırkı administrasiyanın rəğbətini qazanmaq üçün Bakı ilə ayaqlaşmağa çalışır.
3. Ermənistanın baş nazirinin təşəbbüsü ilə həyata keçirilən şaxələndirməyə kimin münasibətindən asılı olmayaraq bəzi məsələlər dəqiqləşdirməlidir. Xüsusilə Rusiya tərəfi Paşinyanın Ermənistanın təhlükəsizlik mənbələrini Vaşinqtonda, Dehlidə, Tehranda axtarmasına diqqət yetirməlidir. Təbii ki, Paşinyanın bütün güclərdən eyni şəkildə istifadəsi qeyri mümkündür. Amma hökumətyönlü mənbələri oxumaq kifayətdir ki, həmin mətnlərin müəllifləri Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi ilə bağlı Tehrandan Bakıya gələn son siqnalları hansı məmnuniyyətlə qeydə aldıqları aydınlaşsın.
4. Nəhayət, Paşinyan Amerika platformasından başqa qüvvələrə siqnallar göndərməyə çalışıb”.
Markedanov başqa qüvvələr deyəndə Bakı və Ankaranı nəzərdə tutur. Daim erməni mətbuatının danışan dili olan rusiyalı politoloq, mütəmadi olaraq Azərbaycanın əleyhinə fikirlər bildirir və Paşinyanın siyasətini bəyənmədiyinə eyham vurur. Onun Ermənistandakı bəzi siyasi güclərin mövqeyini müdafiə etməsi göstərir ki, Paşinyanın Qərb siyasətinin qəti tənqidçisidir. İndi yenə siyasi münəccimliyə başlayan Markedonov öz baxışlarını ortaya qoyub.
Vəli Həsənoğlu,
KONKRET.az