Paşinyanın ABŞ səfərinin PƏRDƏARXASI: Nikolu Trampın ayağına aparan İLGİNC SƏBƏBLƏRbackend

Paşinyanın ABŞ səfərinin PƏRDƏARXASI: Nikolu Trampın ayağına aparan İLGİNC SƏBƏBLƏR

Ermənistanın Bayden administrasiyası dövründə ABŞ-la əlaqələri özünün inkişaf dövrünü yaşadı. 4 il ərzində Amerikanın irəvana hərbi-siyasi dəstəyinin şahidi olduq. Bayden hakimiyyətinin son günlərində ABŞ və Ermənistan arasında bağlanan strateji tərəfdaşlıq haqqında saziş bu münasibətlərin axırıncı nöqtəsi idi. İndi ABŞ-da hakimiyyət dəyişib və ölkəyə Donald Tramp rəhbərlik edir. Ermənistan rəhbərliyi Tramp administrasiyasına da yaxınlaşmaq üçün səy göstərir. Ermənistanın baş naziri Nikol Paşinyan Amerikada səfərdədir. Ümumiyyətlə Paşinyanın ABŞ-dən gözləntiləri nədir və əvvəlki hakimiyyətin dövründəki münasibətlər davam edə bilərmi?

KONKRET.az-a açıqlama verən siyasi şərhçi Zaur Məmmədov bildirib ki, Paşinyan Tramp administrasiyası ilə münasibətlərin gücləndirilməsi üçün səylərini davam etdirir:

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

“Doğrudur, ABŞ-Ermənistan münasibətlərinin ən yaxşı dövrünü biz Bayden hakimiyyəti illərində müşahidə etdik. Bu, Ermənistanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlığa qədər irəlləməsinə səbəb oldu. Ermənistan Müdafiə Nazirliyindən tutmuş ayrı-ayrı güc strukturlarında ABŞ şəbəkəsinin qurulmasına gətirib çıxartdı. Bu, hətta Ermənistan sərhədlərini ABŞ sərhədçiləri və kəşfiyyat orqanlarının nümayəndələrinin qorumasına gətirib çıxara bilərdi. Əlbəttə ki, bütün bunlar ciddi çağırışlardır. Bura ötən ilin yazında ABŞ-Aİ-Ermənistan arasında imzalanan sənədi də əlavə etsək, Ermənistan-ABŞ münasibətlərinin hüquqi bazasının yetərli olduğu görünəcək. O ki qaldı münasibətlərin siyasi bazasına, bu məsələ Demokratlar ilə gücləndirilmiş iş rejimində həyata keçirilirdi. Trampa gəldikdə, hal-hazırda Respublikaçıların qarşısında daha aktual məsələlər dayanır. Tramp təkcə bu və ya digər ölkələrlə yox, eyni zamanda ölkə daxilində qlobal güclərlə də mübarizə aparır. Onların müzakirə etməyə öz mövzuları var. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi ilə bağlı Trampın öz mövqeyi var. İndi ABŞ-Ermənistan münasibətlərində son 4 ildəki inkişaf əvvəlki qaydada getməyəcək. Strateji tərəfdaşlıqla bağlı Paşinyanın ümidləri olsa da, ABŞ hakimiyyətinin tərəfdaşlığı daha da genişləndirməklə bağlı addımları ciddi suallar yaradır. Paşinyan ABŞ-a gedib Donald Trampla görüşmək istəyir. Son məlumatlara görə Trampla görüş baş tutmamalıdır. Amma erməni diasporu bu istiqamətdə fəaliyyətini davam etdirir. Hər halda bu görüşün olub-olmaması heç nəyi dəyişməyəcək. Cənubi Qafqazda Ermənistanın gələcəyi onun Azərbaycan və Türkiyə ilə münasibətlərindən asılıdır. Ermənistan ABŞ, Rusiya, Fransa və İranla ən yüksək münasibətlərə malik olsa da, proseslər Bakı və Ankaranın nəzarətdədir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*