“Paşinyanın açıqlamaları Azərbaycanı irimiqyaslı hərbi əməliyyatları bərpa etməyə məcbur edir” – ERMƏNİ GENERALIbackend

“Paşinyanın açıqlamaları Azərbaycanı irimiqyaslı hərbi əməliyyatları bərpa etməyə məcbur edir” – ERMƏNİ GENERALI

Paşinyan hakimiyyətinin məsuliyyətsiz bəyanatları, reallığa söykənməyən uydurma ittihamları indi Ermənistanın və Dağlıq Qarabağın (qondarma rejimi nəzərdə tutur) milli təhlükəsizliyinə təhdid yaradır.

KONKRET.az xəbər verir ki, bu sözləri “Dağlıq Qarabağın qəhrəmanı”, general Vitali Balasanyan öz Facebook səhifəsində yazıb.

O, xüsusilə qeyd edib:

“Rəsmilərə, Ermənistan Respublikası vətəndaşlarına və bütün ermənilərə müraciət.

Uzun müddətdir ki, Ermənistanın icra və qanunverici hakimiyyətinin bəzi yüksək vəzifəli nümayəndələri və onlara xidmət edən qüvvələr Ermənistanda və Qarabağda yaşayan insanları  qara və ağlara, inqilabçı və əks-inqilabçılara, yeni və köhnələrə bölür.

Onların məsuliyyətsiz bəyanatları, reallığa söykənməyən uydurma ittihamları indi Ermənistan Respublikası və Dağlıq Qarabağın (qondarma rejimi nəzərdə tutur)  milli təhlükəsizliyinə təhdid yaradır və bununla da Azərbaycanın hərbi-siyasi rəhbərliyini irimiqyaslı hərbi əməliyyatları bərpa etməyə məcbur edir.

Azərbaycan və Türkiyə erməni xalqının birliyini zəiflətmək məqsədi ilə iki erməni “dövlətini” (?) bir-birinə qarşı qoymaq siyasətini yürüdür və bunu ardıcıl həyata keçirir.

Ermənistanın hazırkı hakimiyyəti nəinki 2016-cı ilin aprelində Azərbaycan, Türkiyə və müttəfiqlərinin “Qarabağa” qarşı hərbi təcavüzünə ekvivalent siyasi və hüquqi qiymət vermədi, əksinə, Azərbaycanın bu hərbi əməliyyatlarını Ermənistanın müttəfiqi olan Rusiya ilə razılaşdırdığını dedi və bununla da Kremlin rəhbərliyini birbaşa günahlandırdı.

Əslində, 2016-cı ilin aprel ayında Azərbaycan rəhbərliyi ölkəsinin silahlı qüvvələrini “Qarabağa” qarşı təcavüzə hərtərəfli hazırlaşdırdı, işlərini strateji müttəfiqi Türkiyə ilə əlaqələndirdi və danışıqlar prosesinin mahiyyətini dəyişdirməyə çalışdı.

Vyanadakı və Sankt-Peterburqdakı zirvə görüşlərində erməni tərəfləri üçün əldə edilən faydalı razılaşmalar Ermənistan və “Qarabağ” hakimiyyət orqanlarının apreldən sonrakı xarici siyasət proseslərindəki parlaq diplomatik işlərinin nəticəsi idi, lakin Ermənistanın hazırkı hakimiyyətinin səriştəsiz diplomatik işləri nəticəsində əldə edilənlər yararsız vəziyyətə düşdü.

Ermənistan-Azərbaycan sərhədindəki iyul hadisələri, Azərbaycanın hərəkətləri, sonra Türkiyənin müdaxilə cəhdləri, Azərbaycan və Türkiyənin Naxçıvan ərazisindəki birgə hərbi təlimləri bunu bir daha təsdiqlədi.

Həm əvvəllər, həm də indi Ermənistanın hərbi rəhbərliyi qarşıya qoyulan vəzifələri parlaq şəkildə yerinə yetirir, əminik ki, həmişə belə olacaqdır. Əksinə, Ermənistan Respublikasının siyasi hakimiyyəti bir daha səriştəsiz idarəetməsi ilə Ermənistanı yenidən siyasi cəhətdən küncə sıxdı və bu cür idarəetmə, “Qarabağ” məsələsindəki uğursuz diplomatiya “Qarabağ” azadlıq müharibəsinin nəticələrini puç edə bilər.

Biz təmkinli və səbrli olmalıyıq, təhlükəsizliyimizi zəiflədən təxribatlara tab gətirməliyik, bir çox təhlükə və problemlər qarşısında sayıqlığımızı itirməməliyik.

Ermənistan və “Qarabağ” əhalisini, siyasi və ictimai təşkilatları, fəalları, xaricdə yaşayan soydaşlarımızı digər ölkələrin milli və dövlət maraqlarına xidmət edən agentlər tərəfindən həyata keçirilən anti-dövlət və anti-milli fəaliyyətlərə qarşı çıxmağa, onları zərərsizləşdirməyə, bir-birinə düşmənçilik və nifrət səpməməyə çağırırıq.

Xalqımızın yüksək mənəviyyatına xələl gətirən, milli və mənəvi dəyərlər sistemini pozan hər hansı bir hərəkətdən çəkinin”.

Haşiyə: Müraciətin bir çöx yerində Azərbaycanın suverenliyinə kölgə salan və “Dağlıq Qarabağ”ı müstəqil ölkə kimi elan edən cümlələri verməkdə məqsədimiz erməni siyasətinin dəyişmədiyini göstərməkdir. Belə insanlara qarşı ən tutarlı cavab isə sadəcə toparlanıb torpaqlarımızı işğaldan azad etməkdir. Ermənilərin Çar Rusiyasından bəri istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı it kimi hürməsi adi haldır. Çünki onların milli xarakterində əsas ana xətt Türk dünyasına iftiradır…

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*