Paşinyanın arvadı Qarabağda əlində avtomatla niyə yerdə sürünür? – SƏBƏBİ AÇIQLANDIbackend

Paşinyanın arvadı Qarabağda əlində avtomatla niyə yerdə sürünür? - SƏBƏBİ AÇIQLANDI

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan işğal olunmuş ərazilərimizə qanunsuz səfər edib. Hər dəfə sülhdən danışan Anna Akopyan hərbi forma geyinərək əlində silahla yerdə sürünüb.

Mövzunu deputat Azər Badamovla davam etdirdik. O, KONKRET.az-a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın  işğal altındakı torpaqlarımıza səfərləri Tovuz döyüşlərində aldığı zərbədən qondarma ərazilərdə heçə enmiş ruh düşkünlüyünü qaldırmaq məqsədi daşıyır:

“O, son vaxtlar Rusiyadan aldığı müəyyən dəstəyə arxalanaraq Dağlıq Qarabağda sərsəm bəyanatlar səsləndirir.  Paşinyanın hakimiyyətə gəlişi elə onun özü üçün də sürpriz oldu, çünki, o vaxtlar ermənilər  Ermənistandakı cinayətkar rejimdən cana gəlmişdilər və arzulayırdılar ki, Sarkisyanın əsarətindən azad olsunlar. Kimin gəlişinin isə onlar üçün elə bir önəmi yox idi. Zaman göstərdi ki, heç də elə deyil. Hakimiyyətə gətirdikləri Paşinyan Sarkisyandan da betərdir və qurduğu diktatura rejimi ölkəni məhvə doğru aparır”.

Deputat qeyd etdi ki, Paşinyanın tez-tez Qarabağa səfər etməsi və arvadının da avtomatla yerdə sürünməsi erməni ictimaiyyətini sakitləşdirmək xarakterini daşıyan şoudan başqa bir şey deyil:

“Paşinyanın özü də bilir ki, havadarları ona nə qədər dəstək versə də döyüş meydanında Azərbaycan Silahlı Qüvvələri ilə üz-üzə dayana bilməyəcək. Ona görə də Paşinyan hesab edir ki, Qarabağa səfərləri Azərbaycan Ordusunun hərbi əməliyyatlara başlamasını ertələyəcək.  Bununla da mövcud status-kvonu daha da uzatmaq istəyir, ancaq anlamır ki, bu, mümkün deyil. Silahlı Qüvvələrimizlə Azərbaycan xalqı Ali Baş Komandanın əmrini gözləyir və müharibə hər an başlaya bilər”.

Nərgiz Mİrzəyeva                  

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*