Paşinyanın arvadından növbəti qalmaqal: Anna Akopyan erməni diplomatlara görün nələr dedi… backend

Paşinyanın arvadından növbəti qalmaqal: Anna Akopyan erməni diplomatlara görün nələr dedi... 

Ermənistan Xarici İşlər Nazirliyi Anna Akopyanın diplomatlara ünvanladığı təhqiramiz fikirlərə şərh verməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, Nikol Paşinyanın həyat yoldaşı Ermənistanın diplomatik korpusunu tənqid edən qalmaqallı mətn dərc edib. Lakin bir neçə gün sonra onu silib.

Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq baş nazirin həyat yoldaşı Anna Akopyanın diplomatlara ünvanladığı təhqiramiz ifadələrə şərh verməkdən imtina edib.

Fevralın 11-də Akopyan sosial şəbəkələrdə erməni diplomatları böyük komplekslərə malik insanlar kimi təsvir edib. Onları inamsız, həmişə çaşqın, aydın ideyası və ya konsepsiyası olmayan şəxslər adlandırıb.

O qeyd edib ki, diplomatlar əcnəbilərin yanında özlərini yanlış ifadə edirlər və heç düşünmürlər ki, kimsə erməni dilini bilər və ifadələrin tonunu anlayar. Ümumiyyətlə, belə münasibət, başqa ölkələrə qarşı hörmətsizlik yanlışdır.

Ermənistan XİN isə Akopyanın fikirlərinə şərh verməyib:

“İstənilən sorğuya cavab yalnız qaldırılan mövzunu təsdiqləyən və sitatlar gətirən ilkin mənbə olduqda verilir”, – XİN-dən bildiriilib.

Xatırladaq ki, bu, Akopyanın ilk qalmaqallı bəyanatı deyil. Onun ən qalmaqallı bəyanatları arasında 44 günlük müharibə zamanı səsləndirdiyi “bizdə 11 min fərari var idi” ifadəsi yer alıb. Sonradan Ermənistan Baş Prokurorluğu bu məlumatları təkzib edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*