Paşinyanın bu müəmmalı videosu REKORD QIRIR: “Üç nəfəri xalqa verəcəm”backend

Paşinyanın bu müəmmalı videosu REKORD QIRIR: "Üç nəfəri xalqa verəcəm"

Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində müəmmalı video yayımlayıb və paylaşımına “18+3+3” rəqəmlərini əlavə edib.

KONKRET.az xəbər verir ki, videoda baş nazir erməni dilində telefonla danışır.

O, danışıq zamanı belə deyir:

“Yox, qardaş, düzünü desəm, o üç nəfəri sənə göndərə bilmərəm, çünki qərara gəlmişəm ki, onları xalqa verim. O biri üç nəfəri də, açığı xalqa vermək fikrim var. Qalan 18 nəfəri də həmçinin xalqa verəcəm. Ümumiyyətlə, onlar əllərində olan göndərişlə yoldadırlar. Yaxşı, dost, yaxşı”, – Paşinyan vurğulayıb.

Onun kimləri xalqa təhvil verməyə hazırlaşdığı, yaxud söhbətin kimlərdən getdiyi müəmma olaraq qalıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*