Paşinyanın deputatından Azərbaycanla bağlı sərsəm açıqlama: “Nəzarətə götürülməlidir”backend

Paşinyanın deputatından Azərbaycanla bağlı sərsəm açıqlama: "Nəzarətə götürülməlidir"

“Azərbaycandan gələn istənilən yükə nəzarət olunmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülku Müqavilə” partiyasının deputatı Arman Yeqoyan deyib.

O bildirib ki, Azərbaycan və ya digər ölkələrin Ermənistan ərazisindən daşınan istənilən yükü bu və digər şəkildə nəzarətə götürülməlidir.

“Nəqliyyat blokdan çıxarıldıqdan sonra Ermənistan ərazisindən daşınan istənilən yük müəyyən prosedurdan keçməlidir. Biz “yoxlama” aparmayacağıq, amma nəzarət olmalıdır. Ermənistan bilməlidir ki, onun ərazisindən nə daşınır. İndi bunun üçün bütün lazımi texniki vasitələr mövcuddur. “Yoxlama” anlayışı kifayət qədər genişdir. Yükü açıb baxmaq və ya skanerdən istifadə edərək yoxlamaq mümkündür”, – deyə Eqoyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*