Paşinyanın HİYLƏGƏR PLANI: İrəvanın sülhlə bağlı Bakıya qarşı kontr-gediş etməkdə məqsədi nədir?backend

Paşinyanın HİYLƏGƏR PLANI: İrəvanın sülhlə bağlı Bakıya qarşı kontr-gediş etməkdə məqsədi nədir?

Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib ki, Azərbaycandan sülh sazişi layihəsinə cavab alıblar, lakin “digər məsələlərdə – kommunikasiyaların blokdan çıxarılması və silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təkliflərə cavab yoxdur”.

KONKRET.az xəbər verir ki, Mövzunu şərh edən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Bakının İrəvana göndərdiyi cavab 17 maddəlik sülh sazişi layihəsinə korrektlərin edilməsindən ibarətdir.

Asif Nərimanlı yazır...

“Belə korrektlər Bakı-İrəvan xəttində uzun müddətdir davam edir. Tərəflərin son açıqlamaları fonunda 17 maddənin yalnız birində prinsipial razılaşmanın olmadığı görünür. Bu, üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması ilə bağlıdır. İrəvan Avropa İttifaqının müşahidə missiyasının müddətini daha iki il uzatmaqla bu məsələdə razılaşma perspektivini sıradan çıxardı. Və saziş layihəsinin bu bənd olmadan imzalanması üçün “alternativ güzəştlər” irəli sürür. Misal üçün, Minsk qrupunun buraxılması ilə bağlı məsələni gündəmə gətirir. Mümkündür ki, İrəvanın layihədə “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” bəndi ilə bağlı yeniliklər, yaxud əlavə təkliflər daxil edilsin. Bakının cavabı da bu məsələdə öz korrektlərini əlavə etməkdir. Ermənistanın digər məsələlər dediyi kommunikasiyanın açılması və silahlara nəzarət mexanizmi 17 maddəlik layihəyə daxil deyil: kommunikasiya ilə bağlı məsələ qarşılıqlı razılaşma ilə layihədən çıxarılıb, silahlara nəzarət mexanizmi isə Ermənistanın Azərbaycan tərəfindən qəbul edilməyən, ümumiyyətlə reaksiya vermədiyi təklifidir. İrəvanın diqqəti sazişdən kənar məsələlərə çəkməsi təsadüfi deyil. Bu, Bakınının layihədən kənar tələbləri qarşısında – Ermənistan konstitusiyasının dəyişdirilməsi və sair – kontr-gediş etmək, gündəliyi genişləndirərək, masada mövqelərini qorumaq məqsədi daşıyır. Hərçənd, cavab və kontr-cavab müstəvisində davam edən sülh sazişi layihəsinin 2025-ci ildə də imzalanması perspektivləri zəifləyir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*