“Paşinyanın iqtisadi inkişafı gözəl piar naminə sabun köpüyüdür” – Abovyanbackend

"Paşinyanın iqtisadi inkişafı gözəl piar naminə sabun köpüyüdür" - Abovyan

“Paşinyan rejimi bildirir ki, Ermənistanda ikinci rüb üçün ÜDM 6,4%-ə qədər artıb. Ancaq diqqətlə araşdırdıqda məlum olur ki, gözəl rəqəmlər sabun köpüyü və piardan başqa bir şey deyil”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni mətbuatında Arman Abovyan yazıb.

O, məqaləsində Statistika Komitəsinin məlumatına istinad edib:

“Ermənistan iqtisadiyyatında artımı aşağıdakı sektorlar təmin edib: ticarət (+19,6%), daşınmaz əmlak (+19,7%), maliyyə (+17,0%), tikinti (+17,9%)”.

Bu siyahının açarı, əlbəttə ki, ticarətdir: ticarət dövriyyəsi aşağı düşərsə, onunla birlikdə hər şey dağılacaq.

Ermənistanın uğurlu ticarəti bütünlüklə Paşinyan tərəfindən hər gün Rusiya ilə pozduğu əlaqələrdən asılıdır.

Əgər o, AİB-dən (Avrasiya İqtisadi Birliyi) çıxmağı istəyərsə, bütün bu göstəricilər dərhal ən azı yarıya bölünə bilər.

Qlobal iqtisadi böhranın qeyri-illüziya ehtimalını da əlavə etsək, bütün rekord artım sabun köpüyü kimi dərhal partlayar.

Üstəlik, indiki şəraitdə belə, real sektor tam bərbad vəziyyətdədir: dağ-mədən sənayesi 15% çöküb.
Rusiyalı köçkünlərin tədricən getməsi ilə İT və rabitə sektoru nəinki böyüməyi dayandırıb, hətta 14% aşağı düşüb.

Dövlət idarəçiliyi və müdafiə, Paşinyanın Qərb nəzarətçilərinin xüsusi diqqətinə baxmayaraq mənfi 7,4% göstərib.

Sorosun rəhbərliyi altında səhiyyə böhran içində idi və yenə də olmaqda davam edir, 3,1% azalma var.

Belə iqtisadi göstəricilər Paşinyan rejiminin açıq-aşkar səriştəsizliyindən xəbər verir.

Ümumi əlverişli mühiti nəzərə alaraq, tənəzzül ölkənin gələcək inkişafı üçün vacib olan sənaye sahələrində də baş verir.

Deməli, ÜDM hakimiyyətin siyasi və iqtisadi siyasəti sayəsində deyil, öz-özünə artır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*