Paşinyanın kilsə ilə bağlı BÖYÜK QORXUSU: Abramyan AÇIQLADIbackend

Paşinyanın kilsə ilə bağlı BÖYÜK QORXUSU: Abramyan AÇIQLADI

Erməni apostol kilsəsi ilə münaqişə səbəbindən Ermənistanın baş naziri Nikol Paşinyan yeni katolikos üçün namizəd axtarır və potensial namizədlərlə danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan deyib.

“Mən bilirəm ki, o, katolikos olacaq insanlar arasında danışıqlar aparır. Ancaq Paşinyan müvəffəqiyyət əldə etməyəcək, çünki kilsə güclüdür. Paşinyan katolikosun ünvanına bəzi ittihamlar irəli sürür. Bu, onun işi deyil. Katolikos kimdir? O, seçilmiş adamdır. Bu, bütün ermənilər arasında anlaşılmazlığa səbəb olur”, – Abrahamyan bildirib.

Onun sözlərinə görə, Paşinyannın addımları kilsənin seçkilər zamanı ona qarşı seçiciləri birləşdirəcəyi qorxusundan irəli gəlir.

“Əlbəttə, o qorxur ki, kilsə erməniləri birləşdirib, “Ona səs verməyin” deyəcək”, – Abrahamyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*