Paşinyanın “maska”sı qopdu: “Bu, siyasi repressiyadır” – Qukasyanbackend

Paşinyanın "maska"sı qopdu: "Bu, siyasi repressiyadır" - Qukasyan

“Vardan Qukasyana qarşı baş verənlər siyasi repressiyadır”.

KONKRET.az xəbər verir ki, bu barədə Gümrünün keçmiş meri Vardan Qukasyanın bəyanatında deyilir.

“Mülki geyimli polis əməkdaşları Vardan Qukasyanın ofisinin yaxınlığında növbətçilik edir, onun normal işini pozur və gələn vətəndaşları dindirməklə onlara qorxu yaradırlar. Əməliyyatın uğursuzluğundan sonra hakimiyyət indi ofisin işini məhdudlaşdırmaq və onun tərəfdarları arasında qorxu mühiti yaratmaq yollarını sınaqdan keçirir. Bu, bir daha hakimiyyətin “demokratik” maskasını qoparır və Vardan Qukasyana qarşı baş verənlərin siyasi repressiya olduğunu sübut edir”, – bəyanatda vurğulanıb.

Xatırladaq ki, iki gün əvvəl Qukasyan və mühafizəçisi qanunsuz silah və sursat saxlamaqda şübhəli bilinərək saxlanılsa da, sonradan azadlığa buraxılıblar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*